CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Noyabrın 14-ü Beynəlxalq Loqoped Günüdür

© Sputnik / Алексей Куденко / Mediabanka keçidLoqoped, arxiv şəkli
Loqoped, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Nitq pozuntularının korreksiyasına ilk dəfə XVII əsrə aid surdopedaqoqika üzrə işlərdə rast gəlmək mümkündür.
BAKI, 14 noyabr — Sputnik. Noyabrın 14-ü Beynəlxalq Loqoped Günü qeyd olunur.
Xəstələrin həyatında loqopedlərin mühüm rolu nəzərə alınaraq bu beynəlxalq peşə bayramı 2004-cü ildə təsis edilib.
Loqopediya pedaqoji elmin nitq pozuntularını öyrənən sahəsidir. Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasının səbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim, tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğul olur. Loqopedlər əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla məşğul olurlar. Lakin onlar həm də yaşlıların nitqində kommunikativliyin, ünsiyyətcilliyin təmin olunmasına çalışırlar.
Nitq pozuntularının korreksiyasına ilk dəfə XVII əsrə aid surdopedaqoqika üzrə işlərdə rast gəlmək mümkündür. XIX əsrin ikinci yarısından etibarən eşitmə qabiliyyətinin normal olmasına baxmayaraq meydana çıxan nitq çatışmazlıqlarının öyrənilməsi tibbi istiqamət almağa başlayıb. Beləliklə nitq pozuntularının düzəldilməsi müalicəvi prosedur olaraq qəbul edilir və həkimlər, tibb bacıları tərəfindən tətbiq olunur. XIX əsrin axırlarından başlayaraq nitqin anlaşılması və ötürülməsinin müxtəlif üsulları araşdırılmağa başlanılıb.
Loqopedin işi fərdi xarakter daşıyır və mütəxəssisdən təkcə nəzəri bilik və praktik bacarıqlar deyil, həm də inkişaf psixologiyasının xüsusi xarakteri, bilik və digər keyfiyyətlər tələb edir. Hər uşaqla qrupda işləmək alınmır, uşaqların bir çoxu, hətta böyüklər də öz problemlərindən utanır və onu başqalarının yanında açıb-ağartmaq istəmirlər. Belə bir vəziyyətdə loqopeddən səbr və həssaslıq tələb olunur, bunsuz bütün işlərin uğuru sual altında qalır. Loqopedin işi pedaqogika, psixologiya, fiziologiya, nevrologiya, defektologiya və dilçilik sahəsində biliklərə əsaslanır.
Loqopedin fəaliyyət dairəsi fərdi səslərin tələffüzünün korreksiyası ilə məhdudlaşmır, nitq aparatının anadangəlmə fiziki anormallıqlarından əziyyət çəkən, həmçinin nitq və orfoqrafiya ilə bağlı problemləri olanlara kömək etmək üçün daha geniş vəzifələri əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0