CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MİDA-nın güzəştli mənzil staışı yenə tənqid olundu

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMənzilin giriş qapısı, arxiv şəkli
Mənzilin giriş qapısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Osman Gündüz bildirib ki, MİDA bu dəfə "Güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi və yeniliklər barədə hansısa bir açıqlama verməyib.
BAKI, 14 noyabr — Sputnik. Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil satışı layihəsini tənqid edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, İT mütəxəssis öz *Facebook sosial şəbəkə hesabında bildirib ki, MİDA bu dəfə "Güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi və yeniliklər barədə hansısa bir açıqlama verməyib.
© Photo : Courtesy of Osman GunduzOsman Gündüz, arxiv
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Osman Gündüz, arxiv

"MİDA yeni onlayn satış elan edib. 16 dekabr tarixdə saat 11-də 432 mənzil onlayn satışa çıxarılacaq. Xatırlayıram ki, ötən satışda ciddi sistem və kiber problemlər olmasa da, iştirakçılar tərəfindən mənzil seçimi prosesində donmaların olması, CAPTCHA problemlərinin olması haqqında xeyli sayda məlmatlar verilmişdi. MİDA ötən satışda baş verən narazılıqlar barədə cəmiyyətə ağlabatan bir açıqlama verməsə də, fərdi qaydada bütün müraciətlərin cavablandırıldığı bildirilirdi. Ümid edirəm növbəti onlayn satış gününədək MİDA şəffaflığın gücləndirilməsi və ədalətli seçimlə bağlı, sistemin yenilınməsi ilə bağlı , süni seçimlərin qarşısının alınması ilə bağlı görülən tədbirlər haqqında ictimai əhəmiyyət kəsb edən məlumatları da açıqlayacaq", - deyə Osman gündüz bildirib.

O, əlavə edib ki, dəfələrlə təkliflər verilib ki, mövcud satış prosesində İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulu da tətbiq edilsin:
"Lakin belə görünür ki, hökumət hələlik insan amilinin rolu az olan, insan amilinə söykənən korrupsiya risklərini nəzərə alaraq onlayn satışa üstünlük verir. Düşünürəm ki, mövcud sistemin təkmilləşdirilməsi, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, alternativ satış üsulunun üzərində işləmək də doğru olardı. Yeri gəlmişkən, xatırladıram ki, xeyli müddətdir MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən də istifadə etmir. Güman etmək olar ki, kritik infrastrukturun təhlükəsizliyilə bağlı yeni ictimai münasibətlər formalaşdığından bu məsələlərə XRİTDX və DTX nəzarət edir".
Qeyd edək ki, MİDA Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, Gəncə Yaşayış Kompleksində və Sumqayıt layihəsində mənzillərin güzəştli satışına başlayır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sosial evlər - Sputnik Azərbaycan, 1920, 14.11.2023
CƏMİYYƏT
MİDA Bakı, Gəncə və Sumqayıtda mənzillərin güzəştli satışına başlayır - Qiymətlər
Xəbər lenti
0