DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

GT: Qərb Ukraynanı "Şimal axınları"nı partlatmaqda ittiham etmək istəyir

© Guardia Costera Sueca viá AP“Şimal axını 2” qaz kəmərində sızmanın yeri
“Şimal axını 2” qaz kəmərində sızmanın yeri - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Nəşrin yazdığına görə, ABŞ və Avropa qaz kəmərlərində baş verən insidentə görə təzminat ödəməli olacaqlarından qorxurlar.
BAKI, 14 noyabr — Sputnik. ABŞ və Avropa Rusiya ilə münasibətləri bərpa etmək üçün "Şimal axınları"nı partlatmaqda günahı Ukraynanın üzərinə atmalı olacaqlar.
Bu barədə Rusiya mediası Çinin "Global Times" qəzetinə istinadən xəbər verib.
Ekspertlər bildirlər ki, Qərb gələcəkdə Rusiya ilə dialoqa getməyə qərar verərsə, qaz kəmərlərindəki terror aktı maneə ola bilər. Buna görə də onların fikrincə, ABŞ və Avropa hansısa yolla özlərindən şübhələri aradan qaldırmalı olacaqlar.

"Onlar bilirlər ki, Ukrayna məsuliyyəti öz üzərinə götürmək iqtidarında deyil", - deyə analitik Tsyu Hen bildirib.

O, xatırladıb ki, "Şimal axınları"nın partladılması təkcə Rusiya ilə Şimali Atlantika alyansı arasında qarşıdurma məsələsi deyil, həm də kritik beynəlxalq infrastruktura qarşı terror aktıdır. Bundan əlavə, Henin sözlərinə görə, Qərb qaz kəmərlərində baş verən insidentlə bağlı təzminat ödəməli olacağından qorxur.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın "Şimal axınları"nı Avropanın Rusiyadan qaz ala bilməməsi üçün partlatdığını söyləyib. O, hesab edir ki, Vaşinqton Ukraynadakı münaqişədən istifadə edərək iqtisadi rəqiblərini uzaqlaşdıraraq Avropa İttifaqı (Aİ) ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin kəsilməsinə nail olub.
Rusiya Prezidenti Vladimir Putinin fikrincə, qaz kəmərində baş verən partlayışlarda müəyyən ukraynalı fəalların iştirakı ilə bağlı versiya cəfəngiyyatdır. Dövlət başçısı hesab edir ki, nəzəri cəhətdən "Şimal axınları"nı partlatmaq ABŞ üçün faydalı ola bilər, çünki onlar Avropaya mayeləşdirilmiş təbii qaz nəqlində öz paylarını artırmaqda maraqlıdırlar.
Noyabrın 11-də "The Washington Post" Ukrayna rəsmilərinə və Avropa mənbələrinə istinadən yazıb ki, "Şimal axını 1" və "Şimal axını 2" dəniz qaz kəmərlərinin partladılmasının koordinatoru Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin bölmələrindən birinin keçmiş komandiri, polkovnik Roman Çervinski olub. Nəşrin mənbələrinin bildirdiyinə görə, o, yaxta icarəyə götürən və təxribat ərazisində partlayıcı yerləşdirmək üçün dərin dəniz dalğıc avadanlıqlarından istifadə edən altı nəfərdən ibarət komandanın işinə nəzarət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0