Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransa köhnə arzusuna çatır: Ermənistana göndərilən silahlar hərbi balansı dəyişə bilərmi?

© AFP 2023 / PHILIPPE LOPEZBastion
Bastion - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Hərbi ekspert deyir ki, Fransanın məqsədi Ermənistan vasitəsilə Qafqazda bir çox istiqamətdə nəzarəti həyata keçirməkdir.
BAKI, 14 noyabr — Sputnik. Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın Gürcüstan vasitəsilə çatdırılmasına dair görüntülər yayılıb.
Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, "Acmat" şirkətinin istehsalı olan "Bastion" markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin "Bastion" üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.
Bəs Fransanın göndərdiyi hərbi texnika bölgədəki situasiyanı dəyişə bilərmi?
Mövzu ilə bağlı millət vəkili Asim Mollazadə və hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a danışıblar.
Fransanın siyasəti bütün beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir
Millət vəkili Asim Mollazadə bildirib ki, Fransanın bu addımları erməni diasporunun istəkləri ilə bağlıdır: "Erməni diasporu istəyir ki, münaqişə mövcud olsun, regionda sülh yaranmasın və erməni xalqının "faciə"ləri ilə siyasətlərini davam etdirsinlər. Eyni zamanda Fransa erməni xalqını qurban obrazında təqdim etmək və qurbana çevirmək istəyir. Bunun üçün də regionda başa çatmış münaqişə vəziyyətini canlandırmağa çaılışır. Bu siyasət bütün beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir. Fransa hərbi yardımları ilə bölgədəki vəziyyəti dəyişmək iqtidarında deyil"
Ermənistan çətin vəziyyətdədir
Hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ermənistan 44 günlük müharibədən sonra hərbi-texniki vasitələrin alınması istiqamətində yeni strategiyanı həyata keçirir: "Bu strategiyaya əsasən Ermənistan Rusiyadan və KTMT ölkələrindən silah, texnika və digər hərbi-texniki vasitələrin alınmasını minimuma endirmək istəyir. 2022-ci ilin fevralında Rusiya və Ukrayna arasında başlayan müharibədən sonra Rusiyanın silah sənayesinin ixracına qoyulan embarqo Ermənistan üçün vəziyyəti bir qədər də gərginləşdirib. Çünki Ermənistan ordusu sovet, Rusiya texnologiyaları əsasında formalaşdırılıb. Bu, Ermənistanı çətin vəziyyətə salıb. Bu baxımdan Ermənistan alternativ ölkələr axtarışında idi. Təbii ki, bunlardan biri Hindistan, digəri isə Ermənistanın qədim dostu Fransadır".
Ermənistan-Fransa hərbi texniki əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı ciddi addımlar atılıb
Ekspertin sözlərinə görə, Fransa Ermənistanın hərbi təminatında əvvəllər də iştirak edib. O qeyd edir ki, bu vasitələr daha çox rabitə avadanlıqları ilə bağlı idi və bu daha çox yardım formasında həyata keçirilirdi: "2020-ci ildən sonrakı dövrdə Ermənistan-Fransa hərbi texniki əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı ciddi addımlar atıldı. Bu yaxınlarda Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı hərbi-texniki əməkdaşlığa dair konkret sənədlər imzalandı, daha əvvəl razılaşdırılmış müqaviləyə əsasən Ermənistana zirehli texnikaların gətirilməsinə başlanılıb".
Fransanın məqsədi Ermənistan vasitəsilə Qafqazda nəzarəti həyata keçirməkdir
Ramil Məmmədli qeyd edir ki, burada bir məqama xüsusi diqqət qeyd yetirilməlidir: "Fransa hələlik Ermənistana strateji silahları verməyib. Radiolokasiya sistemlərinin və radioelektron mübarizə sistemlərinin Ermənistana verilməsi Fransanın məqsədinin Ermənistan vasitəsilə Qafqazda nəzarəti həyata keçirmək olduğunu ortaya qoyur. Radiolokasiya sistemləri Fransaya məxsus olacaqsa, faktiki olaraq Cənubi Qafqaz, xüsusən də Azərbaycanın və İranın bəzi əraziləri Fransa tərəfindən müşahidə ediləcək, kəşfiyyat işləri aparılacaq. Bir sözlə artıq bu prosesi başlayıb və növbəti dövrdə Hindistanla paralel olaraq real silahların və daha ciddi texnikaların Ermənistana verilməsi həyata keçiriləcək".
Fransa bu vəziyyətdən istifadə edir
Ekspertin sözlərinə görə, bu, Fransanın Cənubi Qafqazda hərbi mövcudluğunu təmin etməklə bağlı çoxdankı məqsədi idi: "Amma baş verənlərin Cənubi Qafqazda hərbi balansı Ermənistanın xeyrinə dəyişə biləcəyini düşünmürəm. Bu yardımların Ermənistanın hərbi liderliyini təmin etməsi imkansızdır. Son illərdəki məğlubiyyətdən sonra Ermənistan ordusunun təkmilləşdirilməsi qarşıya məqsəd qoyulub. Fransa da bu vəziyyətdən istifadə edir. Biz bilirik ki, bu ölkə hərbi texnologiyalar sahəsində lider ölkələrdən biridir, amma bu liderlik regiondakı vəziyyəti dəyişmək üçün yetərli deyil".
Hərbi ekspert Gürcüstanın bu prosesdə tranzit ölkə olduğunu qeyd edib: "Gürcüstan müharibə dövründə öz tərəfsizliyini nümayiş etdirdi. Hərbi texnologiyaların, silah-sursatın Ermənistana öz ərazisindən daşınmasına imkan vermədi. Hazırkı şəraitdə isə belə bir şeyi Gürcüstandan tələb edə bilmərik. Çünki Gürcüstan həm Azərbaycan, həm də Ermənistan üçün tranzit ölkə olaraq qalır".
Xəbər lenti
0