Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda son 1 həftə ərzində koronavirusa yoluxanların sayı açıqlanıb

© AFP 2023 / JOSEPH PREZIOSOKoronavirus testləri, arxiv şəkli
Koronavirus testləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.
BAKI, 13 noyabr - Sputnik. Azərbaycanda son 1 həftə ərzində (6 noyabr - 12 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 27 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.
Noyabrın 6-na olan yoluxma statistikası
Azərbaycanda son 1 həftə ərzində (30 oktyabr - 5 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 45 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 101 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.
Xəbər lenti
0