Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov "Bloomeberg"in iddialarını axmaqlıq adlandırdı

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidDmitri Peskov, arxiv
Dmitri Peskov, arxiv - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
Peskov bildirib ki, kollektiv Qərb bir qayda olaraq, öz maraqlarına görə dostluq edir.
BAKI, 12 noyabr - Sputnik. Kollektiv Qərb bəzi ölkələrlə dostluğu həmin ölkələrə görə yox, Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq üçün edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” proqramına müsahibəsində bildirib.

"Kollektiv Qərbin öz maraqları var. Onlar bir qayda olaraq, öz maraqlarına görə dostluq edirlər. Rusiyanı müəyyən regionlardan sıxışdırıb çıxarmaq üçün dost olmağa çalışırlar. Biz bu siyasətin perspektivi olduğunu düşünmürük, bu siyasəti bilirik. Biz də bu risklərdən mühafizə olunmağın yollarını öyrənmişik”, - Kreml nümayəndəsi qeyd edib.

Peskov "Bloomberg"in Qazaxıstanla bağlı məlumatına da reaksiya verib.
"Bloomberg" Qazaxıstanı Rusiya lideri Vladimir Putinin “arxa bağçası” adlandırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu informasiya müharibəsi və axmaqlıq adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0