Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Konqresmen Ukraynaya maliyyə yardımını dayandırmağa çağırır

© AFP 2023 / DANIEL SLIMABŞ-ın Konqres Kitabxanası, arxiv şəkli
ABŞ-ın Konqres Kitabxanası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
Ölkənin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin köməkçisi Erin MakKi bildirib ki, ABŞ-ın Kiyevə birbaşa büdcə dəstəyi göstərmək üçün artıq vəsaiti yoxdur.
BAKI, 12 noyabr - Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin ABŞ hakimiyyətini Ukraynaya maliyyə yardımını dayandırmağa çağırıb.
X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində federal hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı rədd edilmiş qanun layihəsini şərh edən Qrin yazıb:

“Ukrayna üçün pul yoxdur!”

Konqresmen həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydenin impiçmentinə çağırıb.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin köməkçisi Erin MakKi noyabrın 8-də bildirib ki, ABŞ-ın Kiyevə birbaşa büdcə dəstəyi göstərmək üçün artıq vəsaiti yoxdur və bu, Ukraynaya gələcək yardımı və onun iqtisadi sabitliyini təhlükə altına qoya bilər. MakKinin sözlərinə görə, Kiyevə son tranş 2023-cü ilin sentyabr ayının sonunda həyata keçirilib.
ABŞ prezidenti Co Baydenin administrasiyası avqustun 10-da Konqresdən Kiyevə təcili hərbi yardım üçün sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində federal büdcədən 13 milyard dollar əlavə vəsait ttələb edib. Bundan əlavə, Ukrayna və bir sıra digər ölkələrə iqtisadi və təhlükəsizlik yardımı göstərmək üçün 8,5 milyard dollar tələb edilib.
Bununla belə, hazırda müxalifətdə olan Respublikaçılar Partiyasından olan bir neçə amerikalı qanunverici Kiyevə davamlı olaraq böyük maliyyə yardımının göstərilməsini nəzərdə tutan hər hansı yeni təşəbbüsləri dəstəkləməkdən açıq şəkildə imtina edir. Həmçinin, Yaxın Şərq münaqişə zonasında vəziyyətin kəskin pisləşməsi fonunda respublikaçılar hərbi yardımın istiqamətini Ukraynadan İsrailə dəyişdirməyin zəruriliyini qeyd edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0