SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sabah ATƏT PA Prezidenti, Baş katibi və xüsusi nümayəndə Azərbaycana səfər edəcək

© AFP 2023 / ALEX HALADAЛоготип ОБСЕ (Организация по безопасности и сотрудничеству в Европе), фото из архива
Логотип ОБСЕ (Организация по безопасности и сотрудничеству в Европе), фото из архива - Sputnik Azərbaycan, 1920, 11.11.2023
Abunə olmaq
Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev xəbər verib.
BAKI, 11 noyabr - Sputnik. ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen, ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montellanın rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə APA-ya Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev xəbər verib.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, Azərbaycan və ATƏT Parlament Assambleyası arasında əməkdaşlığı, regiondakı hazırkı vəziyyət və digər ikitərəfli məsələlər ətrafında müzakirə aparılacaq.
Xəbər lenti
0