DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İbrahim Rəisi: “Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir”

© AP Photo / Hajarah Nalwaddaİran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 11.11.2023
Abunə olmaq
Rəisinin sözlərinə görə, Qəzza barədə danışmaq yox, hərəkətə keçmək lazımdır: “Bu gün müsəlman dövlətlərinin birliyi çox vacibdir”.
BAKI, 11 noyabr - Sputnik. “Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir”.
“Report” xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən iclasına yola düşməmişdən əvvəl Tehranın hava limanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ABŞ-nin hərəkətləri ilə sözləri üst-üstə düşmür: “Bu dövlət deyir ki, müharibənin genişlənməsini istəmir. Bu məqsədlə İrana və digər ölkələrə mesaj göndərir. Lakin bu bəyanatlar rəsmi Vaşinqtonun hərəkətləri ilə uzlaşmır. ABŞ-ın əsl üzünü hər kəs görməlidir”.
İ.Rəisinin sözlərinə görə, Qəzza barədə danışmaq yox, hərəkətə keçmək lazımdır: “Bu gün müsəlman dövlətlərinin birliyi çox vacibdir”.
Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.
Xəbər lenti
0