Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ucarda zəncirvari qəza olub, 10 nəfər xəsarət alıb

© Sputnik / Rahim MammadovMingəçevirdə işləməyən təcili yardım maşınları
Mingəçevirdə işləməyən təcili yardım maşınları - Sputnik Azərbaycan, 1920, 09.11.2023
Abunə olmaq
Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.
BAKI, 9 noyabr — Sputnik. Ucarda baş verən yol qəzasında xəsarət alanların sayı on nəfərə çatıb.
APA-nın xəbərinə görə, onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur.
Bunlar - "Mercedes"in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, "Toyuta"nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri - 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazağıstan vətəndaşları - 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır.
Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ucar-Zərdab yolunun Lək kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılır.
Xəbər lenti
0