Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF XİN: Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidir

© Sputnik / Наталья СеливерстоваЗдание Министерства иностранных дел РФ в Москве, фото из архива
Здание Министерства иностранных дел РФ в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.11.2023
Abunə olmaq
Zaxarova Rusiyanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara əsasən, kömək etməyə hazır olduğunu söyləyib.
BAKI, 9 noyabr - Sputnik. İrəvanın təşəbbüsü bir çox cəhətdən baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində artıq müzakirə edilmiş layihələrlə uzlaşır.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması məsələsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində mühüm rol oynayır və Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.
Zaxarova Üçtərəfli İşçi qrupun 12 iclasının keçirildiyini xatırladıb. Qeyd edib ki, regionun logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmiryolu və avtomobil yolu kommunikasiya layihələrinin optimal variantının seçilməsi ilə bağlı nəhəng iş görülüb.
"Tərəflər üçün faydalı olacaq paket həllinə xeyli yaxınlaşmağa nail olunub. Təəssüf ki, bu məsələlərə hələ son qoymaq mümkün deyil. Kimdəsə bunu etmək üçün siyasi iradə çatışmır və bu, biz deyilik. Əvvəlki kimi biz regionda nəqliyyat kommunikasiyalarının açılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Rusiyanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara əsasən, kömək etməyə hazır olduğunu söyləyib.
"Həmin bəyanatlarda Rusiyanın rolu dəqiq yazılıb. O ki qaldı kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına, diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd etdiyim üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir", - deyə Rusiya XİN rəsmi nümayəndəsi əlavə edib.
Xəbər lenti
0