Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident: "Azərbaycan ECO-nun növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında
Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında - Sputnik Azərbaycan, 1920, 09.11.2023
Abunə olmaq
Əliyev vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.
BAKI, 9 noyabr - Sputnik. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır.
Bunu Prezident İlham Əliyev Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.
Prezident qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.
Ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.
Xəbər lenti
0