Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan yığması çövkən üzrə dünya çempionatının qalibi olub

© Sputnik / Murad OrujovÇövkən üzrə yarış, arxiv şəkli
Çövkən üzrə yarış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.11.2023
Abunə olmaq
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.
BAKI, 9 noyabr - Sputnik. Azərbaycan yığması Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub.
Millimiz finalda Mərakeş üzərində 4:0 hesablı qələbə qazanıb.
Komandamızın qollarını Tərlan Qurbanəliyev (2), Şamil Budaqov və Şahmar Nağızadə vurublar. T.Qurbanəliyev həm də 6 qolla çempionatın bombardiri olub.
Bürünc medalı isə Özbəkistanı 5:0 hesabı ilə məğlub edən Polşa komandası qazanıb.
Beləliklə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.
Xəbər lenti
0