QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Vurduqca ürəyim soyumurdu, yoldaşlar öldüyünü deyəndən sonra əl çəkdim" - Qazi

© Sputnik / Leyla AbdullayevaƏlirzayev Sübhan
Əlirzayev Sübhan - Sputnik Azərbaycan, 1920, 09.11.2023
Abunə olmaq
Sentyabr ayının 27-si səhər saat 6-da hərbi hissədə həyəcan siqnalı verilib. Yolun kənarına toplaşan insanların izdihamını görəndə artıq anlayıblar ki, müharibə başlayıb və onlar cəbhəyə gedirlər.
BAKI, 9 noyabr — Sputnik. Sentyabr ayının 27-si səhər saat 6-da hərbi hissədə həyəcan siqnalı verildi. Amma nə baş verdiyini bilmirdik. Bütün komandanlıq hazırlıq vəziyyətinə gətirildi və Qusardan yola düşdük. Yolun kənarına toplaşan insanların izdihamını görəndə artıq anladıq ki, müharibə başlayıb və biz müharibəyə gedirik.
Bizə, baş verənləri sanki həmin günü yenidən yaşayırmış kimi danışan qazimiz Əlirzayev Sübhan Rövşən oğlunun danışdıqca halı dəyişir, bəzən əsəbləşir, bəzən də qələbəni yada salaraq gözündə sevinc qığılcımları işarırdı. 22 yaşlı qazimiz Qubanın Vəlvələ kəndində dünyaya göz açıb. Hərbi xidməti bitirdikdən sonra yenidən hərbiyə qayıdır və müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmət etməyə başlayır.
© Sputnik / Leyla AbdullayevaƏlirzayev Sübhan
Əlirzayev Sübhan - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Əlirzayev Sübhan
Sentyabr ayının 27-də o da Vətən müharibəsində iştirak etmək üçün yola düşür. Elə gedib çatdığı andan müharibəyə qoşulur və Füzuli istiqamətindəki döyüşlərdə iştirak edir.
İgidimiz müharibədə yaşadıqlarını həyəcanla Sputnik Azərbaycan-a danışır:
"İlk döyüşə Füzuli rayonunda meşədə başladıq. Həmin ərazidə bir neçə yaralımız və şəhidimiz oldu. Yoldaşlarımızın şəhid və yaralı olduğunu görəndə sanki qəflət yuxusundan oyandıq. Düşmənə nifrətimiz birə-min artdı. Gecə də döyüşlərə girdik. Səhər açılanda yağış yağırdı. Yağış yağmasına və saysız mərmi atılmasına baxmayaraq, yaralılarımızı həmin ərazidən çıxara bildik. Əsgərlərimizi durmadan snayperlə vururdular. Amma nə qədər təhlükəli olsa da, biz o uşaqları orda qoya bilməzdik. Qoymadıq da. Həm də qardaşlarımızın qisasını artıqlamasıyla alaraq".
© Sputnik / Leyla AbdullayevaƏlirzayev Sübhan döyüş yoldaşı ilə
Əlirzayev Sübhan - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Əlirzayev Sübhan döyüş yoldaşı ilə
Daha sonra Cəbrayıl istiqamətində döyüşlərə atılırlar. Bu ərazidə səhər saat 7-də mühasirəyə düşürlər. Burda da bir neçə şəhidin olmasına baxmayaraq, mühasirədən çıxmağı bacarırlar.
"Bir kapitanımız şəhid oldu, biri isə yaralandı. Kapitan İslamov Aqil 3 gün yaralı olmasına baxmayaraq, kəşfiyyat qrupu tərəfindən xilas edildi. Yəni onun yaşaması bir möcüzə idi. Biz onun yaşadığını eşidəndə çox sevinmişdik", - qazi deyir.
Sübhan mühasirədən çıxmaq üçün tankın arxasında gizləndiklərini xatırlayır. Çünki düşmən dayanmadan mərmi yağdırırmış. Onlar necə olur-olsun, sağ qalmaq üçün çıxıb mütləq şəkildə səngərə girməli idilər. Bir səngərlə digər səngərin arasında 25 metr məsafə olduğundan, mütləq şəkildə cəld və ziqzaqvari hərəkət etmək lazım gəlirdi. Çünki açıqlıq olduğundan düşmən gülləsinə hər an tuş gələ bilərdilər. Beləliklə, ordumuzun igidləri mühasirədən çıxmağı bacarırlar.
© Sputnik / Leyla AbdullayevaƏlirzayev Sübhan
Əlirzayev Sübhan - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Əlirzayev Sübhan
Sübhan Xocavənd uğrunda döyüşlərdən və necə yaralanmasından bəhs edərkən deyir: "Biz bir neçə döyüşdə iştirak etdikdən sonra oktyabr ayının 27-də Xocavənd istiqamətində Üçtəpə yüksəkliyini götürmək üçün əmr aldıq. Ən çox bu döyüşlərdə şəhid verdik. Həmin döyüşdə mənə ən çox pis təsir edən əkiz qardaşlar - Məmmədzadə İman və Məmmədzadə Bəhramın qəhrəmancasına şəhid olmaları idi. Şəhidlərimiz olduğuna görə az da olsa geri çəkildik. Oktyabrın 30-da təkrar döyüşə girdik və həmin yüksəklikləri də götürdük.
Səhəri gün komandirimiz əmr etdi ki, Qırmızı Bazar istiqamətindəki yüksəklik də götürülməlidir. 7-8 nəfərdən ibarət heyətlə hücuma keçdik. Biz təpəyə qalxdıqca, durmadan bizi vururdular. İki hərbiçimiz yaralandı. Yaralı yoldaşlarıma kömək etmək istəyəndə ani nəfəsimin dayandığını hiss etdim. Bu anda sinəmdən qan axdığını gördüm. Düşmən ağacın üstünə çıxıb məni oradan vurmuşdu. Yaralı olsam da, mən də həmin əsgəri vurdum. O, sürünə-sürünə getmək istəyəndə yenə vurdum. Vurduqca ürəyim soyumurdu. Yoldaşlar düşmənin öldüyünü dedilər. Ondan sonra əl çəkdim".
© Sputnik / Leyla AbdullayevaƏlirzayev Sübhan döyüş yoldaşı ilə
Əlirzayev Sübhan - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Əlirzayev Sübhan döyüş yoldaşı ilə
Sübhan bir aya yaxın Zərdab Mərkəzi Xəstəxanasında yatır. Amma vətənə, torpağa və peşəsinə olan sevgisi onu yenidən işinə qaytarır. O, bu gün də ağrılarına baxmayaraq, ordu sıralarında şərəflə xidmət edir.
Xəbər lenti
0