CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik qəbul edib avtomobil sürən daha bir şəxs saxlanılıb

© AFP 2023 / ORLANDO SIERRAУничтожение наркотиков, фото из архива
Уничтожение наркотиков, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.11.2023
Abunə olmaq
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat məbləğində cərimə olunub.
BAKI, 8 noyabr - Sputnik. Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, yol patrul xidmətinin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ - 21063” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi veriblər. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ruslan Qədirovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Qədirovun marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, ötən ay Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Cəfər Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub. C.Əliyev barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat miqdarında cərimə olunub.
Xəbər lenti
0