SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katibləri görüşəcək

© iStock.com / Sergey SokolnikovМосковский Кремль
Московский Кремль - Sputnik Azərbaycan, 1920, 08.11.2023
Abunə olmaq
Azərbaycanı toplantıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edəcək.
BAKI, 8 noyabr - Sputnik. Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin növbəti görüşü keçiriləcək.
“Report”un məlumatına görə, görüşdə MDB məkanında regional təhlükəsizliyin aktual problemləri, həmçinin təhlükəsizlik sahəsində ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda praktiki qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.
Birliyə üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin illik toplantısı 11-ci dəfə keçiriləcək. Əvvəlki toplantı 2022-ci ilin noyabrında Moskvada baş tutub.
Azərbaycanı toplantıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edəcək.
Xəbər lenti
0