DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Zelenskinin Ukraynaya səfər dəvətindən imtina edib

© AP Photo / Seth WenigTramp
Tramp  - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
Tramp Texasda tərəfdarları qarşısında çıxışı zamanı ABŞ-ın Ukrayna ətrafında işlərinin pis getdiyini bildirib.
BAKI, 7 noyabr — Sputnik. Ağ Evin keçmiş rəhbəri Donald Tramp ölkə lideri Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya getməkdən imtina edib.
Bunu "Newsmax" xəbər verib.
Keçmiş prezident qeyd edib ki, ABŞ-ın indiki Prezidenti Co Bayden hazırda Zelenski ilə fəal əməkdaşlıq edir. Bu baxımdan Tramp Kiyevə səfəri ilə maraqların toqquşmasını yaratmaq istəməzdi.
"Hesab edirəm ki, hazırda Ukraynaya getmək yersiz olardı", - deyə siyasətçi bildirib.
Bundan əvvəl Tramp Texasda tərəfdarları qarşısında çıxışı zamanı ABŞ-ın Ukrayna ətrafında işlərinin pis getdiyini bildirib. Onun sözlərinə görə, Amerika mediası artıq Ukrayna münaqişəsindən danışmır və bu, hazırda ciddi uğurların və ya qəbul edilmiş qərarların olmadığını göstərə bilər.
Xəbər lenti
0