Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qazaxıstan Aİİ-də gömrük rüsumlarına yanaşmanın yenidən nəzərdən keçirilməsində israrlıdır

© AFP 2023 / OLIVIER DOULIERYAstana
Astana - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
Bir sıra sənədlərə dəyişiklik etmək üçün iş aparmaq lazımdır. Bu baxımdan Qazaxıstan bu məsələ ilə bağlı müsbət qərarın qəbulu üçün fəal işləyir.
BAKI, 7 noyabr — Sputnik. Qazaxıstan Avrasiya İqtisadi İttifaqına (Aİİ) gömrük rüsumlarında fərqin əlavə ödənilməsi imkanını təqdim etməyi təklif edir.
Qazaxıstanın "LS" nəşri bu barədə xəbər verib.
Belə ki, məlumatlara görə, Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT) öhdəlikləri ilə əlaqədar olaraq, ölkəyə müəyyən növ malların idxalı zamanı Aİİ-nin Vahid Gömrük Tarifində müəyyən edilmiş idxal rüsumlarından daha aşağı dərəcələri ödəmək mümkündür. Bu halda, məhsullar şərti olaraq buraxılır və Aİİ-nin digər üzv dövlətlərinin ərazisinə daşınmır.
Eyni zamanda, Aİİ-nin Vahid Gömrük Tarifi dərəcələri ilə rüsum ödənilməklə Qazaxıstana gətirilən mallar ittifaq məhsulu statusu alır. Onların digər üzv dövlətlərin ərazisinə daşınması elektron qaimə-fakturanın surəti, habelə Avrasiya Hökumətlərarası Şurasının qərarı ilə nəzərdə tutulmuş digər sənədlər olduqda həyata keçirilir.
Lakin hazırda idxal rüsumlarında fərqin əlavə ödənilməsi imkanı yoxdur. Bununla belə, xarici iqtisadi fəaliyyət iştirakçıları mal idxal edərkən Aİİ-nin Vahid Gömrük tarifləri ilə ödəniş etmək imkanına malikdirlər.
"Gömrük rüsumlarında fərqin əlavə ödənilməsi mümkünlüyü məsələsi Aİİ çərçivəsində dəfələrlə nəzərdən keçirilib, lakin bu gün konsensus əldə olunmayıb. Danışıqlar davam edir", - deyə Qazaxıstan Ticarət Nazirliyi izah edib.
Bundan əlavə, Qazaxıstan Respublikasının dövlət qurumunun məlumatına görə, bir sıra sənədlərə dəyişikliklərin edilməsi üçün iş görülməlidir. Bu baxımdan Qazaxıstan bu məsələ ilə bağlı müsbət qərarın qəbulu üçün fəal işləyir.
Xəbər lenti
0