DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT Baş Katibi: Qəzzadakı humanitar böhran bəşəriyyətin böhranına çevrilib

© AP Photo / Paul WhiteQuterreş
Quterreş   - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
BMT-nin baş katibi Antonio Quterreş münaqişə tərəflərindən heç birinin beynəlxalq humanitar hüquqdan üstün olmadığını vurğulayaraq, eskalasiyanı dayandırmağa səsləyib.
BAKI, 7 noyabr — Sputnik. Qəzza zolağındakı humanitar böhran bəşəriyyətin böhranına çevrilib. İsrailin Müdafiə ordusu Fələstin anklavına hava zərbələrini, eləcə də mülki əhalinin öldürülməsi ilə nəticələnən quru əməliyyatlarını davam etdirir.
BMT-nin baş katibi Antonio Quterreş bu barədə danışıb.
“Qəzzanın kabusu humanitar böhrandan daha böyükdür. Bu, bəşəriyyətin böhranıdır”, - “TASS” Quterreşin bazar ertəsi Yaxın Şərqlə bağlı mətbuat konfransında söylədiklərindən sitat gətirib.
Quterreş qeyd edib ki, İsrailin Müdafiə ordusu atəş və quru əməliyyatlarını davam etdirdiyi üçün Qəzzada heç kim təhlükəsiz vəziyyətdə deyil. Nəticədə “mülki əhali, xəstəxanalar, qaçqın düşərgələri, məscidlər, kilsələr və BMT obyektləri, o cümlədən sığınacaqlar” zərbə altında qalırlar.
Quterreş, həmçinin oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının döyüşçülərinin İsrailə hücumunu pisləyib və girovların dərhal azad edilməsini istəyib.
“Eyni zamanda, HƏMAS və digər yaraqlılar mülki əhalidən canlı qalxan kimi istifadə edir və ayrı-seçkilik etmədən İsrailə raket zərbələri endirməyə davam edirlər”, - deyə o qeyd edib.
Münaqişənin kəskinləşməsindən sonra rekord sayda jurnalist, eləcə də BMT əməkdaşları öldürülüb. Xüsusilə, dörd həftə ərzində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi 88 nəfər nümayəndəsi həlak olub.
Beynəlxalq təşkilatın baş katibi münaqişə tərəflərindən heç birinin beynəlxalq humanitar hüquqdan üstün olmadığını vurğulayaraq, eskalasiyanı dayandırmağa səsləyib.
Bundan əvvəl Quterreş Qəzza zolağındakı vəziyyəti humanitar fəlakət adlandırmışdı.
Xəbər lenti
0