Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda 40 marşrut üzrə avtobusların hərəkət istiqaməti dəyişəcək - Siyahı

© Photo : Baku Transport Agencyavtobus
avtobus - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
Noyabrın 8-də 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
BAKI, 7 noyabr — Sputnik. 8 Noyabr – Zəfər günü ilə əlaqədar Bakıda sərnişindaşıma ilə məşğul olan bir sıra marşrutlar üzrə avtobusların hərəkət istiqamətləri dəyişəcək.
Bu barədə Sputnik Azərbaycan-a Yürüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Xəbərdə bildirilir ki, saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 40 sayda (E2, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli) marşrutun hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək.
Xəbər lenti
0