DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qəzzadakı vəziyyət bu gün BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq

© AFP 2023 / YAHYA HASSOUNAQəzza zolağı, arxiv şəkli
Qəzza zolağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
BMT-nin humanitar qurumlarının rəhbərlərinin birgə bəyanatında bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara yardım və işlər üzrə Agentliyinin Qəzza zolağındakı ölən əməkdaşlarının sayı 88-ə çatıb.
BAKI, 6 noyabr — Sputnik. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Qəzza zolağındakı son hadisələrə və vəziyyətə həsr olunacaq təcili iclası keçiriləcək.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin ümumdünya təşkilatındakı nümayəndəliyi məlumat verib.
Qəzzada vəziyyətin pisləşməsini, həmçinin Əl Şifa xəstəxanasına və Cəbəliyə qaçqın düşərgəsinə təkrar hücumları nəzərə alaraq, BƏƏ və Çin noyabrın 6-da qapalı məsləhətləşmələr keçirməyə çağırır", - deyə BƏƏ-nin Daimi Nümayəndəliyinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
BMT-nin humanitar qurumlarının rəhbərlərinin birgə bəyanatında bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara yardım və işlər üzrə Agentliyinin Qəzza zolağındakı ölən əməkdaşlarının sayı 88 nəfərə çatıb ki, bu da bir münaqişədə həlak olan ən yüksək işçi sayıdır.
"Oktyabrın 7-dən bəri həlak olan humanitar təşkilatların əməkdaşlarının sayına BMT-nin fələstinli qaçqınlara yardım və işlər üzrə Agentliyinin 88 əməkdaşı da daxildir. Bu, BMT-nin indiyədək bir münaqişədə qeydə alınmış ən böyük itkisidir", - sənəddə deyilir.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından misli görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Daha sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə girərək yüzlərlə dinc sakini öldürüb və 200-dən çox insanı girov götürüblər. İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 300 hərbçi daxil olmaqla 1,4 mindən çox insan həlak olub, 5 mindən çox insan yaralanıb.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşmış əraziləri nəzarətə götürüb və zolaqdakı hədəflərə, o cümlədən mülki obyektlərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 9,7 mini keçib, 24,8 mindən çox yaralı var. Rusiya Federasiyasının səfirliyi bildirib ki, münaqişənin kəskinləşməsi zamanı 20 rusiyalı həlak olub, iki nəfər girov götürülüb, yeddi nəfər isə itkin düşüb. Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkatın özü Qəzza zolağında 200-250 nəfərə yaxın əsirin olduğunu bildirib.
Xəbər lenti
0