Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb, Ukraynanın Rusiyanı məğlub edə bilməyəcəyini anlayıb

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Qanlı Kiyev rejimi hakimiyyətdə qalmaq üçün ukraynalıları açıq-aşkar ölümə göndərməkdə davam edir.
BAKI, 6 noyabr — Sputnik. ABŞ və digər Qərb ölkələri başa düşüblər ki, Ukrayna hətta NATO-nun köməyi ilə belə Rusiyanı məğlub edə bilməyəcək.
Bu fikri bazar ertəsi Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında bildirib.
“Ancaq bu gün Avropa ölkələri və ABŞ-ın özünə məlum olub ki, NATO-nun dəstəyinə baxmayaraq, döyüş meydanında Kiyev rejimi Rusiyanı məğlub edə bilməz”, - deyə Volodin vurğulayıb.
Rusiya Federasiyası Dövlət Dumasının sədrinin sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenski bir çoxları üçün “toksik siyasətçi”yə çevrilir. Volodin Ukrayna rəhbərinin taleyini “qibtəolunmaz marionet kukla”nın taleyi adlandırıb. Volodinin fikrincə, bu, Kiyev hakimiyyəti özünün yüz minlərlə vətəndaşını ölümə aparanda və Ukraynanın müstəqilliyi ilə ticarət edəndə xüsusilə aydın görünürdü.
Volodon, onu da əlavə edib ki, qanlı Kiyev rejimi hakimiyyətdə qalmaq üçün ukraynalıları açıq-aşkar ölümə göndərməkdə davam edir.
Xəbər lenti
0