SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat ali məktəblərin ixtisas siyasətini tənqid etdi: Bu qədər diplomata nə ehtiyac var?

© AFP 2023 / ALAIN JOCARDAuditoriyada tələbələr, arxiv şəkli
Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Deputat Asim Mollazadə bildirib ki, Azərbaycan təhsil sistemi bu gün ölkə iqtisadiyyatının ehtiyacları ilə uyğun gəlmir.
BAKI, 6 noyabr — Sputnik. "Bizim universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahədir. Məgər Azərbaycanın bu qədər diplomata ehtiyacı var?! Bizim daha çox ehtiyacımız mühəndis və kənd təsərrüfatı istiqamətində olan ixtisaslaradır".
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin 2023-cü il 6 noyabr tarixli birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Azərbaycan təhsil sistemi bu gün ölkə iqtisadiyyatının ehtiyacları ilə uyğun gəlmir.
"Bu məsələlərə ciddi baxılmalıdır. Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir" – millət vəkili əlavə edib.
Asim Mollazadə həmçinin ölkənin meliorasiya və su təsərrüfatı ilə bağlı problemlərinə toxunub. Qeyd edib ki, ölkənin su ehtiyatlarına qənaətlə yanaşılmalıdır: "Qarabağın su ehtiyatlarından istifadə edərkən meliorasiya ilə bağlı problemləri yeni texnologiyalarla həll etməliyik".
Deputatın fikrincə, qələbədən sonra ölkənin qarşısında duran əsas hədəf "Böyük qayıdış" layihəsinin həyata keçirilməsidir. Eyni zamanda Qarabağda yaşıl enerjidən istifadə edilməlidir. Bu da yeni texnologiyaların tətbiqi ilə mümkündür. Odur ki, bu istiqamətdə beynəlxalq əməkdaşlıq artmalıdır.
Xəbər lenti
0