CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah bəzi yerlərdə temperatur 25°-yə çatacaq

© AFP 2023 / EMMANUEL DUNANDWaterfront Mall, Bakı, arxiv
Waterfront Mall, Bakı, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağacağı barədə xəbərdarlıq edib.
BAKI, 5 noyabr - Sputnik. Noyabrın 6-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 11-16° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0