SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə gedib

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidCeyhun Bayramov, arxiv
Ceyhun Bayramov, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2023
Abunə olmaq
Xarici işlər nazirliyi rəsmi səfər barədə mətbuat üçün məlumat yayıb.
BAKI, 5 noyabr - Sputnik. Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rumıniya xarici işlər naziri və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, oktyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri enerji əməkdaşlığıdır. Sahibə Qafarovanın sözlərinə görə, hazırda enerji təhlükəsizliyi məsələsində yeni perspektivlər var. O cümlədən, yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları mövcuddur.
Baş nazir Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu barədə danışıb. O, avropalı həmkarları ilə də Cənub Qaz dəhlizini müzakirə etdiyini xatırladaraq, deyib ki, nəqliyyat sahəsində də Azərbaycan mühüm rola malikdir. Onun sözlərinə görə, Qara dəniz və Xəzər dənizi arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Yaşıl enerji layihələrinin vacibliyi barədə fikirlərini ifadə edən İon-Marçel Çolaku deyib ki, Avropanın hazırda yaşıl enerjiyə ciddi ehtiyacı var və Azərbaycandan yaşıl enerjinin ixracı məsələsi əhəmiyyətlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0