Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

© AFP 2023 / JACK GUEZZelim Kotsoyev
Zelim Kotsoyev - Sputnik Azərbaycan, 1920, 05.11.2023
Abunə olmaq
Daha əvvəl Hidayət Heydərov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.
BAKI, 5 noyabr - Sputnik. Azərbaycanın daha bir cüdoçusu Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Azərtac-ın xəbərinə görə, sonuncu yarış günündə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsüyə yüksəlib.
Finalda Gürcüstan təmsilçisi İlia Sulamanidzeyə qalib gələn idmançımız Avropa çempionu olub.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.
Avropa çempionatı noyabrın 5-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0