SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Astana TDT-nin Zirvə görüşü hansı məqamlarla yadda qaldı?

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Türk Əsri çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə  - Sputnik Azərbaycan, 1920, 05.11.2023
Abunə olmaq
Millət vəkili hesab edir ki, bu sammit TDT-nin digər təşkilatlarla kontruktiv əməkdaşlığa hazır odluğunu bir daha göstərdi.
BAKI, 5 noyabr — Sputnik. Noyabrın 3-də Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü keçirilib.
“Türk Əsri” çağırışı altında keçirilmiş Zirvə görüşündə dövlət və hökumət başçıları çıxış ediblər. Yubiley Zirvə görüşündə Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında müharibələrin, qanlı münaqişələrin alovlannasına diqqət çəkib. Prezident bildirib ki, belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir: “Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.
Sputnik Azərbaycan TDT-nin 10-cu yubiley Zirvə görüşünün yekunların dair millət vəkilləri Aydın Mirzəzadə Fazil Mustafanın fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, TDT bir soydan olan dövlətlərin təşkilatı olaraq yaransa da, qısa zamanda beynəlxalq aləmdə sözünü deyən, diqqəti cəlb edən bir təşkilata çevrilib:
“Bu da ondan irəli gəlir ki, bu təşkilat hansısa bir dövlətə və təşkilata qarşı yaradılmayıb. Təşkilat türk dövlətlərinin ümumi maraqlarını ortaya qoymaq, birgə həll yolu tapmağa kömək etmək, eyni zamanda beynəlxalq arenada bir-birinə dəstəyi ifadə etmək üçün özünü səmərəli bir struktur kimi doğrulda bilib”.
© Photo : REPORTMillət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə - Sputnik Azərbaycan, 1920, 05.11.2023
Millət vəkili Aydın Mirzəzadə
Millət vəkili hesab edir ki, Astana sammitində də bu bir daha öz təsdiqini tapdı:

“Məhz Azərbaycan prezidenti öz çıxışında türk dövlətləri ilə əlaqələrin genişləndirilməsinin ölkəmiz üçün prioritet olduğunu bir daha bəyan etdi. Bunun təsdiqi kimi də son bir il ərzində Azərbaycanla digər türk dövlətləri arasındakı ticarət dövriyyəsinin artan dinamik inkişafını göstərdi. Bizim türk dövlətləri ilə ticarət dövriyyəmiz 40 faizə yaxın artıb, həmin ölkələrə 20 mlrd. dollara yaxın investisiya qoyulub. Azərbaycan həm Özbəkistan, həm də Qırğızıstanla birgə investisiya fondu yaradıb. Yəni, bu onu göstərir ki, ölkələr arasında əlaqələr konkret sahələr üzrə dinamik inkişaf yolundadır”.

Aydın Mizəzadə türk dövlətləri arasındakı bu əlaqələri dünya üçün örnək hesab edir və bildirir ki, dünyanın digər yerlərində də belə regional və yaxud etnik zəmində təşkilatlar yaranmalıdır.
Onun sözlərinə görə bu, sülh və əminəmanlığın qorunması üçün bu lazımlıdır.
“Bu sammit bir daha göstərdi ki, TDT digər təşkilatlarla kontruktiv əməkdaşlığa hazırdır. TDT ölkələri arasında hərbi texniki əməkdaşlıq da xüsusi önəm kəsb edir. Yəni söhbət eyni standartlara malik olan milli orduların qurulması, birgə hərbi təlimlərin keçirilməsi, hərbi-texniki əməkdaşlıq kimi məsələlərin həllindən gedir. Amma türk dövlətlərinin vahid ordusunun yaradılmasını hazır ki, şəraitdə mümkün saymıram. Çünki biz vahid dövlət deyilik. Amma ölkələr arasındakı əməkdaşlıq 6 müstəqil və güclü ordunun formalaşmasını təmin edə bilər”.
Millət vəkili Fazil Mustafa türk dövlətləri arasında inteqrasiyanın bu səviyyəyə çatmasında Azərbaycan prezidentinin xüsusi rolu olduğunu bildirir.
O hesab edir ki, Türkiyə və Mərkəzi Asiya, o cümlədən Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın bu səviyyəyə qalxmasının əsas lokomativi Azərbaycan prezidenti İlham Əliyevdir:

“Onun irəli sürdüyü ideyalar bu təşkilatda ən aktual təkliflər kimi müzakirə olunur”.

Millət vəkili Fazil Mustafa hərbi texniki əməkdaşlığın genişləndiriılməsinin hazırki şəraitdə xüsusi önəm kəsb etdiyini bildirib və qeyd edib ki, Türkiyənin təşkilatda aktiv rol alması ilə türk dövlətləri rahatlıqla bir araya gələ bilir:

“Əvvəllər türk dövlətləri rəhbərlərinin bu istiqamətdə addım atmaqda müəyyən çəkingənlikləri var idisə, indi açıq şəkildə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edirlər. Zirvə görüşündə ortaq dil və əlifba məsələsinin qaldırılması da vacib idi. Bu həmin ölkələrin cəmiyyətlərinin bir-birinə rahat inteqrasiyanın təmin edə biləcək mühüm faktordur. Bu ideyanın yaxın zamanlarda gerçəkləşəcəyinə əminəm. Gələcəkdə bu addımın nə qədər vacib olduğu daha aydın şəkildə ortaya çıxacaq. Siyasi, iqtisadi sferada əlaqələrin dinamik inkişafının mədəniyyət sahəsində də özünü inanıram. Bu həm də TDT ölkələrinin inteqrasiyasının ən yaxşı səviyyəsi olacaq".

"Liderlərin çıxışı da göstərdi ki, TDT-nin gələcəyi ilə bağlı çox nikbin proqnozlar var. Son illər türk dövlətləri arasında əlaqələrin sürətli inkişafı təccüblü deyil. Çünki birlik artıq siyasi iradə xarakteri daşımır, bu həm də cəmiyyətlərin sifarişi kimi qəbul olunur”, - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0