Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sertifikatlaşdırmadan kəsilən 147 müəllim təkrar məktəbdə işə başlayıb

© AR Ministry of EducationMüəllimlərin işə qəbulu üzrə imtahanı
Müəllimlərin işə qəbulu üzrə imtahanı - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 321 nəfər təkrar sertifikatlaşdırmadan kəsilib, onlardan 36 nəfəri sonradan müvafiq işə qəbul olunub.
BAKI, 4 noyabr — Sputnik. Müəllimlərin təkrar sertifikatlaşdırmasından kəsilən 147 nəfər sonradan təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib. Bu barədə yerli təhsili idarəetmə orqanlarından məlumat verilib.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki müəssisələr üzrə isə 141 müəllim təkrar sertifikatlaşdırmadan uğursuz nəticə göstərib. Onlardan 49 nəfəri sosial pedaqoq vəzifəsinə təyin olunub.
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında göstərdiyi uğursuz nəticəyə görə 74 nəfərlə bağlanmış əmək müqaviləsinə xitam verilib, sonradan 18 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 194 nəfər imtahandan keçməyib. Lakin sosial baxımdan həssas əhali qrupuna aid edilən 44 nəfəri sonradan təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 321 nəfər təkrar sertifikatlaşdırmadan kəsilib, onlardan 36 nəfəri sonradan müvafiq işə qəbul olunub.
Qeyd edək ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunmuşdu. Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb. Təkrar sertifikatlaşdırmaya cəlb edilmiş müəllimlərdən 743 nəfər isə imtahandan keçməmiş və onların əmək müqaviləsinə "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixindən xitam verilmişdi.
Onlardan 13 nəfəri birbaşa nazirliyə tabe müəssisələrdə çalışan şəxslər olub. Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırmanın nəticəsinə əsasən əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılıb. Komissiyalar 5 sentyabr tarixindən fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən bütün şəxslərlə görüşülüb, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb.
Xəbər lenti
0