Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Cəbrayıl, Zəngilan, Füzuli və Ağdamda geniş ərazilərdə yaşıllıqlar salınır - Nazir

© AFP 2023 / EMMANUEL DUNANDAğalı kəndi
Ağalı kəndi - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.
BAKI, 4 noyabr — Sputnik. Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri də ətraf mühitlə bağlı problemlərin həlli, regionun dinamik inkişafı fonunda ekoloji təhlükəsizliyin təmin olunmasıdır.
Bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, proqramda qeyd olunan istiqamətlərə uyğun olaraq bu ərazilərdə ekoloji mühitin bərpası üçün mərhələli şəkildə işlər görülür: "Orta və uzunmüddətli perspektivdə meşələrin bərpa edilməsi üçün meşə əkini işləri aparılır. Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə yaşıllıqlar salınır. Türkiyə Respublikası ilə birlikdə Cəbrayıl rayonu ərazisində Ağıllı Tingçilik, "Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Dostluq Meşəsi" Kompleksinin yaradılması işlərinə başlanılıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcək".
Nazir qeyd edib ki, bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər görülür.
"Tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur"- ,deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.
Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.
Xəbər lenti
0