Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda konsert proqramı və atəşfəşanlıq olacaq

© Sputnik / Murad OrujovBakıda atəşfəşanlıq, arxiv şəkli
Bakıda atəşfəşanlıq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
BAKI, 4 noyabr — Sputnik. 8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.
Bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.
Parkda yerləşən Saat qülləsinin yanında böyük səhnə qurulur.
Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.
Xəbər lenti
0