CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan sərhəddini pozmağa cəhd edənlərə və yerli bələdçiyə hökm oxunub

© AP Photo / Jean-Francois BadiasMəhkəmə, arxiv şəkli
Məhkəmə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz yolla Gürcüstana keçməyə cəhd edib.
BAKI, 4 noyabr — Sputnik. Aprel ayının 6-da saat 01:08-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 Nepal və 2 Şri-Lanka vətəndaşına, eləcə də onlara kömək etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Nadir Hüseynova hökm oxunub.
Hökm Ağstafa Rayon Məhkəməsində hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.
Belə ki, onlardan 3 nəfər, eləcə də Azərbaycan vətəndaşı Nadir Hüseynov 7 ay müddətinə, 1 nəfər isə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz yolla Gürcüstana keçməyə cəhd edib. Azərbaycan vətəndaşı Bakı şəhər sakini - 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu onlara qanunsuz əməlləri törətməkdə kömək edib.
Qeyd edək ki, sərhəd pozuntusu bu il aprelin 6-da Şəmkir rayonunda qeydə alınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 32.5 (qaçaqmalçılığa köməklik etmə), 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər lenti
0