CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı hava limanına hərəkət edən avtobusların hərəkət qrafiki dəyişib

© Photo : Social media page of Heydar Aliyev International AirportHava limanına hərəkət edən avtobus
Hava limanına hərəkət edən avtobus - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.
BAKI, 3 noyabr — Sputnik. "BakuBus" MMC Heydər Əliyev Beynəlxalq Aeroportuna hərəkət edən ekspress avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.
Bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, "Hava limanı- "Koroğlu" m/s- "28 may" m/s" marşrutu üzrə fəaliyyət göstərən "Aeroport Express" noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb. İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.
Xəbər lenti
0