Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN taxıl sazişinin bərpası üçün şərtləri açıqladı

© AFP 2023 / LOU BENOISTBuğda, arxiv şəkli
Buğda, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Qara dəniz dəhlizi ilə bağlı müqavilənin müddətini bir neçə dəfə uzatmış Rusiya xatırladıb ki, müqavilənin Rusiya Federasiyasına aid hissəsi - kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması heç vaxt yerinə yetirilməyib.
BAKI, 2 noyabr — Sputnik. Moskva taxıl sazişinin bərpası üçün Rusiya-BMT memorandumunun müddəalarının tam yerinə yetirilməsinin zəruriliyini bəyan edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk TASS-a müsahibəsində bildirib.

"Qara dəniz təşəbbüsünün bərpası ssenarisinin mümkünlüyünə gəlincə, Rusiyanın mövqeyi belədir ki, ilk növbədə yerli kənd təsərrüfatı məhsullarının ixracının normallaşdırılmasına dair Rusiya-BMT memorandumu çərçivəsində tapşırıqları tam yerinə yetirmək lazımdır. BMT-nin səylərinə baxmayaraq, biz istehsal və ixracla, o cümlədən bank ödənişləri, sığorta, nəqliyyat logistikası və ehtiyat hissələrinin tədarükü sahələrində iştirak edən iqtisadi operatorlarımızdan sanksiyaların götürülməsində irəliləyiş görməmişik", - diplomat qeyd edib.

Taxıl müqaviləsi iyulun 17-də başa çatıb. 2022-ci ilin iyulunda Ukrayna taxılını daşıyan gəmilər üçün Qara dəniz dəhlizi ilə bağlı müqavilənin müddətini bir neçə dəfə uzatmış Rusiya xatırladıb ki, müqavilənin Rusiya Federasiyasına aid hissəsi - kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması heç vaxt yerinə yetirilməyib.
Moskva onu da diqqətə çatdırıb ki, müqavilələr ən kasıb ölkələrə ərzaq göndərilməsi üçün nəzərdə tutulsa da, Ukraynadan taxılın əsas hissəsi inkişaf etmiş Qərb ölkələrinə gedib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya sövdələşməyə qayıtmağa hazırdır, ancaq Moskva ilə bağlı hissə yerinə yetirildikdə mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0