Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu həftəsonu Bakıda baş tutacaq 7 ən yaxşı tədbir

© AFP 2023 / EMMANUEL DUNANDBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Azərbaycan paytaxtında hansı tamaşalara, turnirlərə və şoulara baxmaq olar – “Sputnik Azərbaycan”ın həftəlik afişasında.
BAKI, 2 noyabr — Sputnik. Həftənin sonunda Bakıda bir sıra maraqlı mədəni və idman tədbirləri, o cümlədən yubileylərə həsr olunmuş tədbirlər keçiriləcək.
Cümə, 3 noyabr
Yohans Bramsın yubileyi. Azərbaycan Dövlət Akademik Filarmoniyasında alman bəstəkarı və pianoçusunun 150 illik yubileyi qeyd olunacaq. Konsertdə Azərbaycan Respublikasının xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistlər: Mariya Solozobova (İsveçrə) və Mixe Ryo (Koreya). Tədbir saat 19:00-da başlayır.
“Bakı payızı 2023 – 35 il sonra”. Musiqi müsabiqəsinin finalı Heydər Əliyev Sarayında baş tutacaq. Layihə “Best Cast Talent Agency & Golden Arts entertainment”, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Konsertdə müsabiqənin finalçıları ölkə ulduzları ilə eyni səhnədə çıxış edəcəklər. Tədbir saat 19:00-da başlayır.
© Sputnik / Murad OrujovHeydər Əliyev Sarayı
Дворец Гейдара Алиева в Баку - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Heydər Əliyev Sarayı
Mistik triller. Teatr O2 "Don Juanın sərgüzəştləri" tək adamlıq şousunun nümayişinə ev sahibliyi edəcək. Tamaşanın rejissoru Konstantin Soldatovdur. Baş rolu rusiyalı aktrisa İrina Yakubenko ifa edir. Tamaşa iki əsəri - “Daş qonaq” və “Vəba zamanı ziyafət”i birləşdirir. Tədbir saat 19:30-da başlayır.
Sirk şousu. Bakı Dövlət Sirkində Allahverdi İsrafilovun "Su feeriyası" təşkilatı ilə birgə təşkil etdiyi "Heyrətamiz şəhər" beynəlxalq su tamaşası nümayiş olunacaq. Şouda Rusiyanın məşhur sirk ustaları iştirak edəcəklər. Saat 19:00-da başlayacaq şouya 4 və 5 noyabrda da baxmaq olar.
© Sputnik / Kemale AliyevaBakıda sirk şousu
Бакинским зрителям на сцене Бакинского государственного цирка впервые будет представлено международное водное шоу под названием «Удивительный город», организованное Аллахверди Исрафиловым - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Bakıda sirk şousu
Şənbə, 4 noyabr
“Rizin” Qarışıq Döyüş Sənəti (MMA) Turniri. Tədbir Milli Gimnastika Arenasında baş tutacaq. Turnirin əsas döyüşü Rizin çempionluq kəmərinin sahibi Vüqar Kərəmovla yaponiyalı Çihiro Suzuki arasında duel olacaq. Bundan başqa, Tofiq Musayev yaponiyalı Todci Takeda ilə, Nəriman Abbasov rusiyalı Əli Əbdülxəlilovla, Mehman Məmmədov amerikalı Castin Skoqqinslə döyüşəcək, Tural Rəhimovun rəqibi isə cənubi koreyalı döyüşçü Kyun Pyu Kim olacaq.
© Photo : Social media page of Vugar KaramovVüqar Kərəmov
Азербайджанский боец смешанных единоборств (ММА) Вугар Карамов - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Vüqar Kərəmov
Bazar günü, 5 noyabr
"Həyat davam edir". Rusiyanın xalq artisti Emmanuel Vitorqan yaradıcılığının 60 illik yubileyini vətəni hesab etdiyi Bakıda qeyd edəcək. Aktyor 1939-cu il dekabrın 27-də Azərbaycanın paytaxtında anadan olub. O, Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək. Monotamaşa sənətçinin mərhum həyat yoldaşı Alla Balterə ithaf olunub. Tamaşa qeyri-adi formatda səhnələşdirilib - aksiya təkcə səhnədə deyil, həm də ekranda baş verəcək. Tədbir saat 20:00-da başlayır.
© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiyanın xalq artisti Emmanuel Vitorqan
Эммануил Виторган на благотворительном литературно-музыкальном вечере Маленький принц в Михайловском театре Санкт-Петербурга - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Rusiyanın xalq artisti Emmanuel Vitorqan
Cavanşir Cavanşirov - 70 yaş. Yubiley konserti Bakı Musiqi Akademiyasının Opera Studiyasının səhnəsində baş tutacaq. Burada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Samir Cəfərov, Gülnaz İsmayılova, Afaq Abbasova, Səbinə Əsədova, Fəridə Məmmədova, Azər Rza, İlahə Əfəndiyeva, Fərid Əliyev və başqaları iştirak edəcəklər. Gecədə C. Verdi, C. Pucçini, C. Rossini, P. Maskanyi, İ. Ştrausun əsərləri səslənəcək. Tədbir saat 19:00-da başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0