CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dərmanlarla bağlı yeni standart qəbul edildi

© Sputnik / Олег ЛасточкинDərman vasitələri, arxiv
Dərman vasitələri, arxiv - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.
BAKI, 2 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisiar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 50-1:2023 "Halal dərman vasitələri - 1-ci hissə - ümumi tələblər" dövlət standartını qəbul edib. Bu barədə AZSTAND xəbər verir.
Məlumata görə, bu standart islam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur.
© AFP 2023 / BRENDAN SMIALOWSKISənəd, arxiv
Подпись документа, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Sənəd, arxiv
Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub-saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0