DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə hakimiyyəti Misir hava limanında 20 səhra xəstəxanası açmağa hazırdır

© AFP 2023 / CALLUM PATONƏl- Ariş hava limanında humanitar yük
Əl- Ariş hava limanında humanitar yük - Sputnik Azərbaycan, 1920, 01.11.2023
Abunə olmaq
Koca qeyd edib ki, Ankara bu məsələ ilə bağlı Misir və Fələstin Səhiyyə Nazirliyi ilə daim əlaqə saxlayır və hazırda xəstəxanaların açılması üçün icazə gözləyir.
BAKI, 2 noyabr — Sputnik. Türkiyə Misirin Əl-Ariş hava limanında 20 səhra xəstəxanasının açılması üçün icazə gözləyir. Bunu Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca bildirib.
"Biz Əl- Ariş hava limanında 20 səhra xəstəxanasının açılması üçün bütün hazırlıq işlərini həyata keçirmişik", - deyə nazir bildirib.
Koca qeyd edib ki, Ankara bu məsələ ilə bağlı Misir və Fələstin Səhiyyə Nazirliyi ilə daim əlaqə saxlayır və hazırda xəstəxanaların açılması üçün icazə gözləyir.
Bundan əvvəl bildirilmişdi ki, Qəzza zolağında iki böyük xəstəxanada yaxın zamanda 750-dən çox insan yanacaq çatışmazlığı və elektrik generatorlarının dayanması səbəbindən ölə bilər.
Qəzza zolağından 80-dən çox ağır yaralının müalicə üçün Misirə aparılacağı da məlum olub.
Xəbər lenti
0