Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu il Rusiyanın ən varlı iş adamlarının sərvəti 22 milyard dollardan çox artıb

© iStock.com / tieroДоллары падают с небоскребов
Доллары падают с небоскребов - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Bloomberg agentliyi 2012-ci ilin mart ayından başlayaraq dünyanın ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən "Bloomberg Billionaires Index" hesabatını dərc edir.
BAKI, 1 may — Sputnik. İlin əvvəlindən bəri Rusiyanın ən zəngin iş adamlarının sərvəti 22 milyard dollardan çox artıb. Bu barədə məlumat "Bloomberg" agentliyinin dərc etdiyi milyarderlər indeksində (Bloomberg Billionaires Index) yer alıb.
Məlumata görə, 2024-cü ildə "Avroxim" şirkətinin həmtəsisçisi Andrey Melniçenko 5,51 milyard dollar gəlir əldə edib. Hazırda onun sərvəti 24,3 milyard dollar həcmində qiymətləndirilir.
"Severstal" şirkətinin əsas səhmdarı Aleksey Mordaşovun varidatı 4,86 milyard dollar artaraq 25,8 milyard dollara çatıb.
"NLMK" şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin ilin əvvəlindən bəri 3,62 milyard dollar qazanaraq sərvətini 27,6 milyard dollara yüksəldib.
İlin əvvəlindən "Lukoyl"un təsisçisi Vahid Ələkbərov 2,68 milyard dollar qazanaraq sərvətini 27,3 milyard dollara yüksəldib.
Siyahıda Rusiyanın digər zəngin iş adamlarının da adları yer alıb.
Qeyd edək ki, "Bloomberg" agentliyi 2012-ci ilin mart ayından başlayaraq dünyanın ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən "Bloomberg Billionaires Index" hesabatını dərc edir.
01.11.23, 17:37
Rusiyanın ən varlı insanları sərvətlərini daha da artırdılar
İlin əvvəlindən Rusiyanın ən varlı insanları daha 24 milyard dollar varlanıblar.
Sərvəti ən çox artan isə həmvətənimiz Vahid Ələkbərov olub.
"Bloomberg Billionaires Index"-ə görə "Lukoil" sahibi 7,83 milyard dollar varlanıb və onun sərvəti 23,2 milyard dollara bərabərdir.
Sərvəti artanlar arasında "Nornikel" müəssisəsinin əsas səhmdarlarında olan Vladimir Potanin də var. O, bu il daha 781 milyon dollar varlanıb və 29,4 milyard dollar ümumi sərvətə sahibdir.
Varlananlardan biri də "Novatek" şirkətinin həmsahiblərindən olan Leonid Mixelsondur. Onun var-dövləti 3,05 milyard artaraq 27,7 milyard dollara çatıb.
Qeyd edək ki, 2012-ci ilin martında istifadəyə verilən "Bloomberg Billionaires Index"si dünyanın ən zəngin 500 adamının xalis sərvətinə görə reytinqidir.
Xəbər lenti
0