DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron yeni dostlar və uran axtarır

© AFP 2023 / CHRISTOPHE PETIT TESSONFransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 31.10.2023
Abunə olmaq
Fransa prezidenti ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana baş çəkmək üçün enerji ilə zəngin Mərkəzi Asiyaya səfər edəcək.
BAKI, 31 oktyabr — Sputnik. Fransa prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana bu həftə baş tutacaq səfərlərinin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verir.
Makron noyabrın 1-də Qazaxıstana, ertəsi gün isə Özbəkistana rəsmi səfər edəcək.
"Fransa prezidenti ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana baş çəkmək üçün enerji ilə zəngin Mərkəzi Asiyaya səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Agentlik Makronun yeni dostlar və uran axtardığını qeyd edib.
Eyni zamanda, agentliyin mənbəsinin sözlərinə görə, Makronun səfərinin başqa bir səbəbi də keçmiş sovet respublikalarının Rusiya Federasiyasından ehtimal olunan asılılığına təsir göstərməyə çalışmaqdır.
Qazaxıstanda 170-dən çox Fransa şirkəti və birgə müəssisəsi fəaliyyət göstərir. Onların arasında Qazaxıstan iqtisadiyyatının aparıcı investorları olan Total Energies, Air Liquide, Airbus, Alstom, Orano və Danone kimi şirkətlər var. Ötən il Qazaxıstan və Fransa 2030-cu ilə qədər ticarət-iqtisadi və investisiya əməkdaşlığına dair yol xəritəsini təsdiqləyiblər.
"Bloomberg"in mənbəyə istinadən verdiyi məlumata görə, Makronun ölkəyə səfəri zamanı müzakirə olunacaq məsələlər siyahısında Fransanın Orano şirkətinin Qazaxıstandakı mövcudluğunun genişləndirilməsi olacaq.
Xəbər lenti
0