Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avstraliya DÇ-2034-ə ev sahibi olmaq istəmir

© AFP 2023 / GLYN KIRKFutbol üzrə Dünya Kubokunun maketi
Futbol üzrə Dünya Kubokunun maketi - Sputnik Azərbaycan, 1920, 31.10.2023
Abunə olmaq
Səudiyyə Ərəbistanı DÇ-2034-ə evsahibliyi etmək üçün rəsmi müraciət ünvanlayıb.
BAKI, 31 oktyabr — Sputnik. Avstraliya Futbol Federasiyası (FFA) 2034-cü ildə keçiriləcək dünya çempionatına evsahibliyi etmək üçün namizədliyini verməkdən imtina edib.
“Report” xəbər verir ki, bu barədə FFA rəsmi saytı vasitəsilə bəyanat yayıb.
Bildirilib ki, DÇ-2034-ü təşkil etmək imkanını araşdırdıqdan sonra buna ehtiyac duyulmayıb: “Bütün amilləri nəzərə alaraq, 2034-cü ildə reallaşacaq mundial üçün ərizə göndərməmək qərarına gəldik".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə evsahibliyi etmək üçün rəsmi müraciət ünvanlayıb.
Xəbər lenti
0