DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ hakimiyyəti Ukraynanın mərmilərin olmaması ilə bağlı şikayətinə kəskin reaksiya verib

© Sputnik / Константин Михальчевскийmərmi
mərmi - Sputnik Azərbaycan, 1920, 31.10.2023
Abunə olmaq
Konqresmenlər qeyd ediblər ki, onlar bu problemdən xəbərdardırlar, lakin hazırda hərbi yardım təkcə Kiyevə lazım deyil.
BAKI, 31 oktyabr — Sputnik. Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının ikitərəfli nümayəndə heyəti ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında danışıqlar baş tutub.
İclasın təfərrüatları barədə Ukrayna Prezidentinin Aparatının mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Əsas müzakirə mövzusu Ukrayna ordusunun prioritet müdafiə ehtiyacları olub. Zelenski və komandası Ukrayna Silahlı Qüvvələrinin 155 mm çaplı mərmilərdən kifayət qədər məhrum olduğunu bildirib.
"Zelenski Amerika nümayəndə heyətini cəbhə xəttindəki vəziyyət və Ukrayna müdafiə qüvvələrinin prioritet ehtiyacları barədə ətraflı məlumatlandırıb", - deyə məlumatda bildirilib.
Konqresmenlər qeyd ediblər ki, onlar bu problemdən xəbərdardırlar, lakin hazırda hərbi yardım təkcə Kiyevə lazım deyil. Onların fikrincə, "vəziyyət çox xoşagəlməzdir", lakin ABŞ Konqresində Ukraynaya yardımın həcmi ilə bağlı həmişə müxtəlif fikirlər səslənir.
"Mən başa düşürəm ki, 155 millimetrlik mərmilərə ehtiyac var, lakin İsrailin də onlara ehtiyacı var", - deyə İllinoys ştatından Demokrat Maykl Kuiqli bəyan edib.
O əlavə edib ki, birincisi, Kiyev istənilən dəstəyin göstərilməsinin vacibliyi barədə arqumentlər təqdim etməlidir. İkincisi, ölkə silah və sursat istehsalında özünü təmin etməlidir.
Oktyabrın 30-da iki dövlətin nümayəndələrinin görüşü baş tutub. Kiyevə səfəri ABŞ Konqresinin üzvləri Ceyms Frenç Qill, Maykl Kuiqli və Stiven Linç həyata keçiriblər.
Əvvəllər bildirilmişdi ki, Ukrayna prezidenti sentyabrda Vaşinqtona səfərinin nəticələrinə qəzəblidir. Kiyevə dünya marağının tamamilə itirilməsi onu qane etmir.
Xəbər lenti
0