Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Xüsusi Riskli Xilasetmə Xidməti çevik qrupu Alatavada silah aşkarladı

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Xüsusi Riskli Xilasetmə Xidməti çevik qrupu Alatavada silah aşkarladı
Xüsusi Riskli Xilasetmə Xidməti çevik qrupu Alatavada silah aşkarladı - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 "Belka" 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.
BAKI, 30 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə silah aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 "Belka" 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.
Silah XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0