Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Özbəkistan birgə minik avtomobilləri istehsalı kompleksini yaradır

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidAvtomobil istehsalı, arxiv şəkli
Avtomobil istehsalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Nazir qeyd edib ki, "Azərmaş CP" MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan-Özbəkistan birgə müəssisəsi "Azərmaş CP" MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, "Azərmaş CP" MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.
Şirkət tərəfindən bu istehsal kompleksində 1 200 nəfər işlə təmin ediləcək.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0