ELM

ABŞ dəniz piyadaları kəşfiyyat üçün roboitləri sınaqdan keçirirlər

© AFP 2023 / U.S. Air Force photo by Technical Sgt. Lionel CastellanoABŞ “Dəniz Pişikləri”, arxiv şəkli
ABŞ  “Dəniz Pişikləri”, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Hərbçilər ehtimal edirlər ki, gələcəkdə roboitlər Amerika qoşunlarının hərəkətliliyini artıra biləcəklər.
BAKI, 30 oktyabr — Sputnik. ABŞ Dəniz Piyadaları Korpusu döyüş meydanında istifadə oluna bilən robot itləri sınaqdan keçirir.
“Fox News”un jurnalistləri bu barədə ətraflı danışıblar.
Roboitlər müəyyən məsafələrdə ağır yükləri daşıya biləcəklər. Bundan əlavə, onlar ərazi kəşfiyyatı və atəş dəstəyi aparmaq üçün daxili funksiyaya malikdirlər.
“Dəniz Piyadaları Korpusu “aport” komandasına itaət etməkdən daha çox iş görən və döyüş meydanına gedə bilən yeni nəsil robot itləri sınaqdan keçirirlər”, - jurnalistlər belə yazıblar.
Hərbçilər ehtimal edirlər ki, gələcəkdə roboitlər Amerika qoşunlarının hərəkətliliyini artıra biləcəklər. Bundan əlavə, onların sayəsində hərbçilərin təhlükəsizliyi də gücləndiriləcək.
Qurğu dörd “pəncə” və süni intellektlə təchiz edilib. O, tank əleyhinə silahları daşımağa qadirdir. Kəşfiyyat üçün robotlar ön kamera və hədəf lazeri ilə təchiz olunublar.
Roboitlər səsli əmrlərə əməl edirlər. Onlar sürəti saatda 16 kilometrə qədər artırmağı bacarır və 57%-ə qədər yoxuşa qalxa bilirlər.
Xəbər lenti
0