DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Slovakiyanın baş naziri ölkəsinin Ukraynaya yardım etməyəcəyini bildirib

© AFP 2023 / JONATHAN NACKSTRANDВСУ
ВСУ - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Siyasətçi əvvəllər dəfələrlə hakimiyyəti Ukraynaya dəstək verdiyinə görə tənqid edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə hərbi texnikanın verilməsi səbəbindən Slovakiya ordusu acınacaqlı vəziyyətə düşüb.
BAKI, 29 oktyabr — Sputnik. Slovakiya Ukraynaya hərbi yardım etməyəcək. Bunu ölkənin yeni baş naziri Robert Fitso bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik - bu mənim hökumətimin rəsmi siyasəti olacaq. Amma biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik”, - deyə Fitso qeyd edib.
Siyasətçi əvvəllər dəfələrlə hakimiyyəti Ukraynaya dəstək verdiyinə görə tənqid edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə hərbi texnikanın verilməsi səbəbindən Slovakiya ordusu acınacaqlı vəziyyətə düşüb.
Bundan əlavə, Politico-nun yazdığı kimi, Fitsonun Ukraynaya münasibəti 2009-cu ildə Kiyevin Slovakiya nümayəndə heyətini kifayət qədər soyuq qarşılaması ilə bağlı ola bilər. Daha sonra Slovakiyanın hazırkı baş naziri Ukraynanın baş naziri Yuliya Timoşenko ilə görüş üçün, təxminən üç saat gözləməli olub. Timoşenko isə televiziya kameraları qarşısında Fitsonu “Rusiyayönlü mövqeyinə” görə danlayıb.
Xəbər lenti
0