NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya neftin qiymətinin yuxarı həddi ilə bağlı vəziyyəti öz xeyrinə çevirdi - KİV

© AP Photo / Rich Pedroncellineft
neft - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Bu tədbirlər yalnız ilk vaxtlarda öz təsirini göstərib. Bu gün Rusiya məhdudiyyətlərə tam uyğunlaşıb.
BAKI, 29 oktyabr — Sputnik. Qərb ölkələrinin Rusiyadan gələn neftin qiymətinin bir barel üçün 60 dollardan yuxarı həddi tətbiq etməsi Moskvaya zərər vermədi.
Bunu "Foreign Policy" xəbər verib.
Müəlliflərin fikrincə, bu tədbirlər yalnız ilk vaxtlarda öz təsirini göstərib. Bu gün Rusiya məhdudiyyətlərə tam uyğunlaşıb. Ölkə qiymət tavanını dəstəkləməyən ölkələrlə daha çox ticarət etməyə başlayıb.
“Neftin qiymətinin artırılmasının tərəfdarları bunun Kremli “buxovlamaq” üçün ən vacib vasitə olduğunu iddia edirlər. Tənqidçilər hesab edirlər ki, Rusiya məhdudiyyətdən asanlıqla yan keçir, bu isə onu səmərəsiz edir”, - deyə nəşr yazıb.
Bu gün neftin qiymətinin tavanının tərəfdarları Rusiya neft şirkətlərinə və onların tərəfdaşlarına qarşı məhdudiyyətlər tətbiq etməklə sanksiyaları gücləndirməyi təklif edirlər. Ancaq belə bir addım qlobal iqtisadiyyata zərər verə bilər. Müəlliflər “ideal sanksiyaların olmadığını” vurğulayıblar.
“Neftin qiymətinin həddi keçən il işlədi, lakin bu, heç vaxt uzunmüddətli bir tədbir kimi nəzərdə tutulmamışdı. Sanksiyaların hədəfi həmişə vəziyyətə uyğunlaşır”, - deyə müəlliflər sözlərini yekunlaşdırıblar.
Daha əvvəl məlum olub ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyanın Çinə neft tədarükü ötən ilin nəticələri ilə müqayisədə 24,4% artıb.
Xəbər lenti
0