Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qərbdə Rusiya dronlarının Ukraynada Polşa haubitsaları üçün "lənətə" çevrildiyi deyilir

© Sputnik / Михаил ВоскресенскийLancet
Lancet - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Rusiyanın "Lanset" pilotsuz uçan aparatlarının hücumlarına görə Ukrayna Silahlı Qüvvələri Polşanın "Krab" özüyeriyən silahlarını yenidən hazırlayır.
BAKI, 29 oktyabr - Sputnik. Rusiyanın "Lanset" pilotsuz təyyarələri (PUA) Ukraynadakı Polşaya məxsus "Krab" özüyeriyən haubitsaları üçün "lənətə" çevrilib.
Bu barədə Polşanın "İnteria" nəşri qeyd edib.
Nəşrdə deyilir ki, bu səbəbdən Ukrayna Silahlı Qüvvələri (USQ) Qərb texnikalarını yenidən hazırlamağa məcbur olur. Onlar kamikadze-dronunun zərbələrindən qorunmağa kömək olan metal tor şəklində əlavə bir qorunma ilə təchiz olunub.
Qeyd olunur ki, bu cür torlar özüyeriyən haubitsanın zirehinə dəyən zərbəni azalda və ekipajın təxliyəsinə vaxt qazandıra bilər.
Polşalı icmalçı yazır ki, Ukrayna Silahlı Qüvvələrinə verilən 72 ədəd "Krab" qurğusundan ən azı iyirmisi Rusiya pilotsuz təyyarələri tərəfindən məhv edilib, buna səbəb "Lanset"in asanlıqla nüfuz edə biləcəyi zəif zireh olub.
Xəbər lenti
0