DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun keçmiş baş katibi Solana Putini “sözlərini diqqətlə ölçən” insan adlandırıb

© AP Photo / Virginia MayoNATO
NATO - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətdə olduğunu bildirmişdi.
BAKI, 29 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin sözlərini diqqətlə ölçüb-biçən adamdır.
Bu fikri NATO-nun keçmiş baş katibi Xavyer Solana “El Pais” qəzetinə müsahibəsində deyib.
Siyasətçi etiraf edib ki, o, Rusiya liderini şəxsən tanıyır. Onun sözlərinə görə, Vladimir Putin nəsə deməzdən əvvəl düşünən adamdır. Çıxışlarını hazırlayır və növbəti addımlarını düşünür. O, həmçinin bilir ki, “qisas ən yaxşı soyuq yeməkdir”.
Alyansın keçmiş baş katibi, həmçinin İsrailin baş naziri Binyamin Netanyahunun şəxsiyyəti ilə bağlı narahatlığını da ifadə edib. O, siyasətçini “fəlakət” və qəddar hökmdarlardan biri adlandırıb.
“İki dövlət sazişinə əməl edilməməsinə görə məsuliyyət daşıyan” məhz İsrail hökumətinin başçısıdır”, - deyə Xavyer Solana sözünü yekunlaşdırıb.
Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətdə olduğunu bildirmişdi.
Xəbər lenti
0