DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ukraynadan əlini üzüb - Ritter

© Sputnik / РИА НовостиУничтоженная военная техника ВСУ
Уничтоженная военная техника ВСУ - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Kiyev böyük ehtimalla ABŞ-ın maliyyəsindən məhrum olacaq.
BAKI, 29 oktyabr — Sputnik. Amerika hökumətinin hərəkətləri Vaşinqtonun artıq Ukrayna ilə maraqlanmadığını göstərir.
Bu fikri ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter “Judging Freedom” YouTube kanalına müsahibəsində deyib.
Hərbi ekspert hesab edir ki, Birləşmiş Ştatlar Ukraynanın üstündən bir xətt çəkib. Bunu Nümayəndələr Palatasının yeni seçilmiş sədri Mayk Consonun ilk çıxışı da sübut edir. Ritter xatırladıb ki, Conson, dərhal Ukrayna və İsrailə maliyyə yardımı tələbinin ayrılması zərurətini bəyan edib.
"Bu sondur. Ukrayna üçün hər şey bitib. Düşünürəm ki, Birləşmiş Ştatlar Ukraynadan əlini üzüb”, - deyə o, buna əmindir.
Ritter əlavə edib ki, Kiyev böyük ehtimalla ABŞ-ın maliyyəsindən məhrum olacaq. Bundan əlavə, ekspertin vurğuladığı kimi, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında məğlubiyyətə uğramaqda davam edir.
Bundan əvvəl Ritter bildirib ki, Qərb Ukraynanı öz ərazilərindən imtina etməyə məcbur edəcək.
Xəbər lenti
0