ELM

Süni intellektlə saxta peyğəmbər obrazı dini inanclı insanlara necə təsir edəcək?

© AFP 2023 / STRrobot
robot - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Süni intellektin hələ başlanğıc mərhələsində olmasına baxmayaraq, bu cür saxta obrazların yaradılması və ona lazım olan mesajları ötürmək əmrinin verilməsi, dinin hədəfə alınması insanlar tərəfindən xoş qarşılanmayıb.
BAKI, 28 oktyabr — Sputnik. İnsanların xarakterinə görə onlara təsir edə biləcək bir çox həllər ortaya çıxıb. İnsanların inancların təsir edə biləcək süni intellektlər yaradılır. Məsələn, peyğəmbərləri təlqin edən, özünü peyğəmbər kimi aparan süni intellektlər meydana çıxıb. İnanların suallarını cavablandırmaq üçün süni intellektlərə səmavi kitabların hamısı oxudulur və onlar peyğəmbərlərin üslubu ilə danışır. Lakin düşünürəm ki süni intellekt insanların dini inanclarına təsir edə bilər. Çünki insanlar süni intellektlə rahat danışır və istədiklərini əldə edirlər. Məsələn kitab oxuduqda insan o kitaba ardıcıl suallar verə bilmir. Lakin süni intellektə hansısa ayə ilə bağlı detalllı suallar vermək mümkündür. Bu səbəbdən süni intellekt birmənalı şəkildə yanlış məlumatlar da verə bilər.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyaları Sənayesi Assosasiyasının idarə heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov deyib.
O bildirib ki, insanlar süni intellektə ayənin tam məzmunu haqda sual verdikdə, artıq o ümumi təhlildən bir cavab çıxaraca: "Məsələn, Qurani-Kərimdə içkiyə aid 3 ayə var. Bu ayələrdən birində - ilkin dövrdə insanlara tövsiyə olunurdu ki, siz içməsəniz daha yaxşı olar. Digər dövrdə deyildi ki, siz içərək namaza durmayın. Son olaraq isə qəti qərar verildi ki, içki içməyin. Yəni buradan göründüyü kimi müqəddəs kitab həm ümumi, həm də cari dövrləri əhatə edir. Süni İntellektin bu informasiyaların emalından necə bir fikir çıxaracağı artıq alqoritmlərdən asılıdır".
Qeyd edək ki, artıq bir müddətdir ki, süni intellektlə saxta peyğəmbər obrazı yaradılıb. Süni intellektlə saxta peyğəmbər applikasiyasını yaradan Stefan Peter "Religion News Service"ə açıqlamasında Sİ-i necə öyrətdiklərini açıqlayıb. O bildirib ki, Sİ işə salınandan sonra ona "Sən İsasan", "Sən Musasan", "Sən peyğəmbərsən" deyərək verilən sualları cavablamaq əmr edilib.
Proqram yaradıcısı bildirib ki, onlar yaxın zamanlarda Sİ-də saxta şeytan obrazını da yaradacaqlar.
Sİ-də yaradılan saxta Hz. Məryəm obrazı ilə insanlara abortun düzgün olmadığı aşılanıb. "Aİ Mary" adlanan Sİ isə abortun düzgün olub-olmaması ilə bağlı ona ünvanlanan suala belə cavab verib:
"Abort günahsız insan həyatının qəsdən sona çatdırılmasını nəzərdə tutur və bu, mənim əziz tutduğum İncil prinsiplərinə ziddir. Bunun əksinə, insanlara şəfqət, sevgi göstərməyi, kimsəsiz körpələri övladlığa götürməyi tövsiyə edirəm".
Süni intellektin hələ başlanğıc mərhələsində olmasına baxmayaraq, bu cür saxta obrazların yaradılması və ona lazım olan mesajları ötürmək əmrinin verilməsi, dinin hədəfə alınması insanlar tərəfindən xoş qarşılanmayıb.
Mütəxəssislər bildirir ki, Sİ-nin dini hədəfə alması insanların inancına mənfi təsir edəcək, bundan başqa onlar nəyin həqiqətən də peyğəmbərin həyatında baş verib-verməməsini ayırd etməkdə çətinlik çəkəcəklər. Bununla da insanlar peyğəmbərin həyatı haqda səhv informasiyalara sahiblənə bilərlər.
Bir sözlə, yaradılan saxta peyğəmbərlər gələcək nəslin reallıqdan uzaqlaşmasına səbəb ola bilər.
Xəbər lenti
0