CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində temperatur 29°-yə çatacaq

© Sputnik / Murad OrujovŞuşaya mənzərə, arxiv
Şuşaya mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti hava proqnozunu təqdim edib.
BAKI, 28 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu 24-29°, dağlarda 15-20° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0